IMG-LOGO

30 ildən sonra Zəngilanda ilk dəfə sesvermə keçirilir -FOTO - VİDEO

07.02.2024 09:10 102 baxış
IMG

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində 30 ildən sonra ilk dəfə Zəngilan rayonunda da seçki məntəqələri yaradılıb, səsvermə təşkil olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndində səhər saatlarından başlayaraq fəallığı müşahidə edilir.

İşğaldan azad edilən Zəngilan rayonunun ərazisindəki Ağalı kəndində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə 33 saylı seçki məntəqəsi yaradılıb. Məntəqə üzrə 971 seçici qeydə alınıb ki, bunlardan da 603 nəfəri Ağalı kəndində yaşayan sakindir. Kənd üzrə ilk dəfə səs vermədə iştirak edənlərin sayı 31 nəfərdir. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.

 

Xəbər lenti