IMG-LOGO

TÜRK PA-nın nümayəndələri seçkiləri müşahidə edir

07 Feb 2024 08:42 154 baxış
IMG

Növbədənkənar prezident seçkilərində səsvermə prosesi başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 35 saylı Xətai III seçki dairəsinin 2 saylı seçki məntəqəsində səhər saatlarından (08:00-dan) etibarən seçicilər səsverməyə qoşulublar.

Sözügedən məntəqədə TÜRK PA-nın nümayəndələrindən ibarət heyət də müşahidəçi qismində qatılıb.

Heyətə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er rəhbərlik edir. Heyətin tərkibində Mahmut Rıdvan Nazırlı, Ömer Faruk Gergerlioğlu, Harun Özgür Yıldızlı, eləcə də Qırğızıstandan olan millət vəkili Ulan Bakasov da var.

Mənbə: lent.az

Xəbər lenti