IMG-LOGO

Azərbaycanlı diplomat vəfat etdi

06 Feb 2024 23:42 162 baxış
IMG

Diplomat Elşən Abduləzimov vəfat edib. 

Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. 

“Bu gün, dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib”, - məlumatda bildirilib.

Elşən Abduləzimov Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında nümayəndəliyinin birinci katibi olub. Prezident İlham Əliyevin 2021-ci il iyulun 28-dəki  sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.  

Mənbə: lent.az

Xəbər lenti