IMG-LOGO

Kənddə 10 nəfər rəqsə görə həbs edildi

06 Feb 2024 17:28 265 baxış
IMG

Tacikistanla sərhəddə yerləşən Taxar vilayətində radikal "Taliban" hərəkatının təhlükəsizlik xidməti 10 kənd sakinini rəqs etdiklərinə görə saxlayıb və onların musiqi alətlərini müsadirə edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Taxar vilayətinin Yeni Kala rayonunda yerləşən Səfimanqal kəndinin 10 sakini evlərində rəqs etməkdə ittiham olunur. Onlardan “daf və nağara” götürülüb.

Radikallar sakinlərə xəbərdarlıq ediblər ki, musiqi dinləmək və ifa etmək qadağandır, bu qaydaya əməl etməyənlər isə ciddi cəzalarla üzləşəcəklər. Taliblər musiqinin insan mənəviyyatını pozduğunu bildiriblər.

 

Mənbə: lent.az

Xəbər lenti