Ukraynanın "Naftoqaz" şirkəti qaz alışı üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə 85 milyon avro məbləğində növbəti qrant müqaviləsini imzalayıb.
"Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şirkətinin idarə heyətinin sədri Sergey Koretski sosial şəbəkədəki səhifəsində yazıb.
"Qrant Ukrayna Prezidenti Volodimir Zelenski ilə Norveçin Baş naziri Yonas Qar Störe arasındakı razılaşmalar sayəsində Norveç hökuməti tərəfindən təqdim edilir. Razılaşma "Naftoqaz"a ukraynalı istehlakçılar üçün qaz təchizatının sabitliyini təmin etməyə və ölkənin enerji təhlükəsizliyini gücləndirməyə imkan verir. Həmişə olduğu kimi vaxtında və vacib dəstəyə görə Norveç hökumətinə, NORAD fonduna və EBRD-yə təşəkkür edirik", - S.Koretski bildirib.