Unitaz zibil qutusu deyil. Buna baxmayaraq, bəzi insanlar unitazı və kanalizasiyanı sanki alternativ tullantı qabı kimi qəbul edirlər. Kiməsə elə gələ bilər ki, lazımsız şeyi unitaza atmaq zibili çıxarmağa vaxt sərf etməmək deməkdir. Amma əslində bu davranış həm özünüz, həm də qonşularınız üçün ciddi problemlər yaradır.
Bu barədə Lent.az məlumat verir:
Kanalizasiyaya nəyi atmaq olmaz?
Aşağıdakı tullantıları qətiyyən unitaza və ya kanalizasiyaya atmaq olmaz:
qida qalıqları: balıq və ət sümükləri, yağ qalıqları; xarab olmuş tərəvəz və meyvələr, meyvə çəyirdəkləri və tumları; qarpız və yemiş qabıqları; şəxsi gigiyena vasitələri, uşaq bezləri, rezin əlcəklər; çay və qəhvə dəmləməsi; əski parçaları, pambıq, süngər və qab yuma süngərləri; polietilen paketlər və qida qablaşdırmasının qalıqları; saqqız, diş sapı, plastır; istifadə olunmuş pişik qumu; ölmüş akvarium balıqları, siçanlar, xırda ev heyvanları, yun və saç; plastik, şüşə və metal əşyalar; tikinti tullantıları, qum, quru və ya duru tikinti qarışıqları; şüşə, metal və taxta predmetlər; tez alışan mayelər, turşular, yağlar.
Bunu eşidəndə təəccüblənə bilərsiniz, amma süd qalıqlarını da qətiyyən lavaboya tökmək olmaz. Südün tərkibində yüksək miqdarda yağ var və bu, digər yağ və yağlı maddələr kimi borularda tutulmaya səbəb ola bilər. Südü ayrıca, təkrar emal olunmayan tullantı qabına tökmək daha düzgündür. Köhnə südü kompost və ya təbii gübrə kimi də istifadə etmək mümkündür.
Maraq unitaz kanalizasiya