Fevral ayının ortalarında geomaqnit aktivliyinin artması gözlənilir. Monitorinq laboratoriyalarının məlumatına görə, fevralın 13-16-da müxtəlif intensivlikli maqnit qasırğaları mümkündür.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hava şəraitinə həssas və ürək-damar xəstəlikləri olanlar sağlamlıqlarına xüsusilə diqqətli olmalıdırlar.
Maqnit qasırğası proqnozu
13 fevral, cümə: Günəş aktivliyində orta dərəcədə artım gözlənilir ki, bu da zəif maqnit qasırğasına səbəb ola bilər.
14 fevral, şənbə: Günortadan sonra aktivliyin artması ehtimalı var. Meteohəssas insanlarda baş ağrısı, zəiflik və əhval dəyişikliyi müşahidə edilə bilər.
15 fevral, bazar. Saat 18:00-dan sonra orta maqnit qasırğası və geomaqnit aktivliyinin artması ehtimalı var, səviyyələr 4-5 Kp-yə qədər yüksələcək.
16 fevral, bazar ertəsi. Maqnit qasırğası demək olar ki, bütün gün davam edəcək, lakin aktivlik orta səviyyədə olacaq - günortadan sonra 4 Kp-dən yüksək olmayacaq.
Hava proqnozu