IMG-LOGO

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin son iştirakçıları müəyyənləşib

13 Feb 2026 18:44 2 baxış
IMG

Şahmat üzrə Azərbaycan çempionatında son 1/4 finalçılar müəyyənləşib.

"Report" xəbər verir ki, bu gün baş tutan tay-brekdə Nicat Abasov gənc istedad Xaqan Əhmədə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Son çempion Rauf Məmmədov Şiroğlan Talıbovu üstələyərək mübarizəni davam etdirmək imkanı qazanıb.

Qadın şahmatçıların yarışında gözlənilməz nəticə qeyd alınıb. Milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva çempionatda çıxışını dayandırıb. O, Nərmin Abdinovaya uduzaraq turniri tərk edib.

Sabah Azərbaycan çempionatında 1/4 final mərhələsinə start veriləcək.

Xəbər lenti