IMG-LOGO

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib

13 Feb 2026 18:59 2 baxış
IMG

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib.

"Report" xəbər verir ki, "Murov Az Terminal"la qarşılaşan UNEC kollektivi 3:1 hesablı qələbə qazanıb.

Görüş UNEC-in idman zalında baş tutub.

Ötən gün "Milli Aviasiya Akademiyası" "Azərreyl"i 3:1, "DH Volley" isə "Turan"ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.

Xəbər lenti