IMG-LOGO

Hərbi Hava Qüvvələrində yoxlamalar keçirilib

13 Feb 2026 18:59 2 baxış
IMG

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları keçirilib.

"Report" xəbər verir ki, şəxsi heyətə və maddi tədris bazasına sıra baxışları keçirildikdən sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbətçiliyinin təşkili və aparılması, maddi-texniki təminatın vəziyyəti, qərargahların fəaliyyəti yoxlanılıb. Həmçinin şəxsi heyətdən komandir və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.

Daha sonra uçuş və texniki heyətlə görüşlər keçirilib. Hərbi aviasiyanın döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv istifadəsi məqsədilə həyata keçirilən proseslər qiymətləndirilib, uçuş-enmə zolaqları və trenajor siniflərinə baxış olub.

İnspeksiya zamanı hərbi pilotların uçuş təcrübəsi və təlim-məşq hazırlığının plana uyğun icrası dəyərləndirilib. Şəxsi heyətin peşəkarlıq səviyyəsi, müasir silah və texnikanın praktik mənimsənilməsi, eləcə də təlim və məşqlərin keyfiyyəti yoxlanılıb.

Yoxlamaların nəticələrinə əsasən, HHQ-nin xidməti-döyüş fəaliyyəti və şəxsi heyətin təlim-döyüş vərdişləri müsbət qiymətləndirilib.

Xəbər lenti