IMG-LOGO

Sabah Ordubadın üç kəndində işıq olmayacaq

13 Feb 2026 16:42 3 baxış
IMG

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun üç kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

"Report"un yerli bürosu xəbər verir ki, fevralın 14-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Xəbər lenti