IMG-LOGO

Macarıstan Ukraynanı enerji təhlükəsizliyini pozmaqda ittiham edib

13 Feb 2026 15:38 5 baxış
IMG

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanı Macarıstanın enerji təhlükəsizliyini pozmaqda və qarşıdan gələn parlament seçkilərinə müdaxilə etməyə cəhddə ittiham edib.

"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ukrayna Macarıstanda qarşıdan gələn seçkilərə müdaxilə etməyə davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski siyasi səbəblərə görə "Drujba" boru kəməri vasitəsilə Macarıstana neft tədarükünün bərpasına icazə verməmək qərarına gəlib", - nazir bildirib.

Onun sözlərinə görə, hazırda boru kəməri ilə qaz tranzitinin həyata keçirilməsi üçün heç bir texniki maneə yoxdur.

"Məqsəd aydındır: qarşıdan gələn seçkilər öncəsi enerji təhlükəsizliyimizi təhlükə altına qoymaqla Macarıstan hökumətini çətin vəziyyətə salmaq", - Siyarto bildirib.

Xəbər lenti