IMG-LOGO

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edib

13 Feb 2026 15:43 5 baxış
IMG

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Salyan şəhərində Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərinin sakinlərini qəbul edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Vətəndaşların problemlərinin bir qismi dərhal həllini tapıb, nazirliyə aid olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcək.

Xəbər lenti