IMG-LOGO

Danimarka və Qrenlandiyanın Baş nazirləri Münxendə ABŞ dövlət katibi ilə görüşəcəklər

13 Feb 2026 14:20 5 baxış
IMG

Danimarkanın Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Marko Rubio ilə görüşməyi planlaşdırır.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Frederiksen jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, görüşdə Qrenlandiya məsələsi müzakirə olunacaq.

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen də görüşdə iştirak edəcək.

Xəbər lenti