IMG-LOGO

"Baku TV"də müzakirə: Uşaqların ibadət ocaqlarına məcburi aparılması onların iradə azadlığını zədələyir

13 Feb 2026 13:09 4 baxış
IMG

Uşaqların ibadət ocaqlarına məcburi aparılması dinə ziddir və onların iradə azadlığını zədələyir.

"Report" xəbər verir ki, bu fikir "Baku TV"də "Amin" verilişinin yeni buraxılışında səslənib.

Verilişdə mövzu ətrafında fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov və ilahiyyatçı Tural İrfanla birgə fikir mübadiləsi aparılıb.

Ə.Niyazov qeyd edib ki, dini tərbiyə ideologiya ilə qarışdırılmamalıdır:

"Dində məcburiyyət yoxdur və bu, uşaqlar üçün də keçərlidir. Uşaq həddi-büluğ yaşına çatanda ibadət məsuliyyəti başlayır. O vaxta qədər dini tərbiyə mümkündür, lakin məcburiyyət yoxdur. Çünki dini məcburiyyətdən daha effektiv olan dini tərbiyədir. Valideynlər uşaqlara haram və qadağaları yalnız sözlərlə deyil, nümunə göstərərək öyrətməlidirlər. Psixoloji basqı, məcburiyyət yolverilməzdir".

T.İrfan isə bildirib ki, bəzi mərasim və ayinlərdə uşaqlardan siyasi və ya xarici təsirlər nəticəsində alət kimi istifadə edilir:

"Təəssüf ki, bəzən uşaqlar ibadət ocaqlarına aparılır, təhsildən yayındırılır və ya hicab bəhanəsi ilə məktəbə göndərilmir. Bu hallar uşaqların iradə azadlığını da zədələyir. Bu, düzgün deyil və qanunla tənzimlənməlidir. Məsələnin hazırda qanun kimi qüvvəyə minməsi müzakirə mərhələsindədir. Düşünürəm ki, uşaqların könüllü şəkildə velideynlərilə birgə məscidə getməsində problem yoxdur".

"Baku TV"də müzakirə: Uşaqların ibadət ocaqlarına məcburi aparılması onların iradə azadlığını zədələyir

Xəbər lenti