IMG-LOGO

Luvr muzeyində bilet satışı ilə bağlı dələduzluqda şübhəli bilinən 9 nəfər saxlanılıb

13 Feb 2026 12:38 5 baxış
IMG

Paris prokurorluğu Luvr muzeyinə bilet satışında mümkün genişmiqyaslı dələduzluq sxeminin araşdırılması çərçivəsində 9 nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Saxlanılanlar arasında Luvrun iki əməkdaşı, bir neçə ekskursiya bələdçisi, həmçinin istintaqın sxemin təşkilatçısı hesab etdiyi bir nəfər var.

Həbslər 2024-cü ilin dekabrında Luvrun rəsmi şikayət verməsindən sonra açılmış məhkəmə istintaqı çərçivəsində həyata keçirilib.

Muzey müstəntiqləri çinli iki bələdçinin mütəmadi olmaları barədə məlumatlandırıb. Bu bələdçilər müxtəlif ziyarətçilər üçün eyni biletlərdən dəfələrlə istifadə edərək çinli turist qruplarını qanunsuz şəkildə muzeyə keçirməkdə şübhəli bilinirlər.

Sonradan oxşar praktika ilə məşğul olan digər bələdçilər də şübhə altına düşüb.

Hesablamalara görə, muzeyin son on il ərzində ümumi itkiləri 10 milyon avrodan çoxdur.

Xəbər lenti