IMG-LOGO

Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib

13 Feb 2026 12:41 4 baxış
IMG

Ağdərə rayonunda yaşayan uşaqlar üçün kompleks səyyar tibbi müayinələr həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Səyyar müayinələrdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun yüksəkixtisaslı həkim heyəti – pediatrlar, nevroloqlar, kardioloqlar, endokrinoloqlar, oftalmoloqlar, otorinolarinqoloqlar və digər sahə mütəxəssisləri iştirak ediblər.

Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, profilaktik baxışlar aparılıb, zəruri laborator və instrumental yoxlamalar həyata keçirilib. Aşkarlanan xəstəliklər və sağlamlıq problemləri ilə bağlı valideynlərə ətraflı tibbi məsləhətlər verilib, ehtiyac yarandığı hallarda uşaqların müvafiq ixtisaslaşmış tibb müəssisələrində müalicə və nəzarətə cəlb olunması üçün tövsiyələr təqdim edilib.

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim heyəti tərəfindən Ağdərə rayonunda ümumilikdə 100-ə yaxın uşaq kompleks müayinələrdən keçirilib.

Xəbər lenti