Yumurtanı bütöv yemək vacibdir, çünki sarı hissə həyati əhəmiyyətli qida maddələri ilə zəngindir. Xolesterinlə bağlı qorxular isə çox vaxt yanlış şərhə əsaslanır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bir çox insan yalnız yumurtanın ağını yeməyə üstünlük verir, sarını isə xolesterin səviyyəsini artırmaqda və müxtəlif sağlamlıq problemlərinə səbəb olmaqda günahlandıraraq kənara qoyur.
40 ildən artıq təcrübəyə malik kardioloq və funksional tibb üzrə mütəxəssis doktor Alok Çopranın sözlərinə görə, yumurtanın ağı təkbaşına iltihabi təsir göstərə bilən zülaldır. Buna görə də onu ayrıca şəkildə istehlak etmək sağlamlıq üçün arzuolunan deyil.
Yumurtanı bütöv şəkildə qəbul edin
Həkim bildirir ki, yumurta yalnız sarı ilə birlikdə tam və balanslı qida məhsulu sayılır. Onun sözlərinə görə, yumurta ən qidalı və universal məhsullardan biridir, lakin çox vaxt haqsız tənqid olunur.
Yumurtanın sarısında yalnız xolesterin yoxdur orada daha çox qida maddəsi mövcuddur. Sarı hissədə A vitamini, E vitamini və omeqa-3 yağ turşuları yumurtanın ağ hissəsi ilə müqayisədə daha yüksək miqdardadır.
Xolesterin haqqında yanlış anlayış
Yumurta sarısında xolesterin olsa da, orta miqdarda qəbul edildikdə bu, zərərli deyil. Həkimin sözlərinə görə, xolesterin anlayışı ümumiyyətlə çox yanlış başa düşülür. Xolesterin hüceyrə quruluşu, hormonların sintezi, beyin fəaliyyəti və sağlam immun sistem üçün zəruridir.
Orqanizmdəki xolesterinin təxminən 85 faizii qaraciyər tərəfindən istehsal olunur və bu, insanın nə yeməsindən asılı deyil. Əgər orqanizm xolesterini özü istehsal edirsə, onu təbiətcə zərərli hesab etmək düzgün deyil.
Maraq yumurta