IMG-LOGO

Füzulidə qanunsuz tikili sökülüb

07 Feb 2026 10:14 5 baxış
IMG

Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində qanunsuz tikili sökülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə Fuad Əbülfət oğlu Aydınovun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Füzulidə qanunsuz tikili sökülüb

Xəbər lenti