Avqustun 28-i Yeni Klinikaya hospitalizasiya olunan Xalq artisti Şükufə Yusupovaya zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb.
Bu barədə TƏBİB-dən məlumta verilib.
Bildirilib ki, o, dünən ambulator müalicə üçün evə buraxılıb.
***
24 avqust, saat 10:44
Avqustun 21-i Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxsin (Şükufə Yusupova - red.) müalicəsi palata şəraitində davam etdirilir.
Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, avqustu 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub. O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Şükufə Yusupova Xalq artisti Şükufə Yusupovanın vəziyyəti Kliniki Tibbi Mərkəz TƏBİB yol qəzası İçərişəhər piyada keçidi çanaq sınığı qabırğa sınığı son vəziyyətMənbə: lent.az