IMG-LOGO

Universitetdən qovulan tələbə danışdı - "Mənə təzyiq edirdilər"

17 Sep 2026 14:36 2 baxış
IMG
1 0

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələrini təhdid etdiyi üçün universitetdən qovulan Kənan Zindadil sosial şəbəkədə paylaşım edib.

Lent.az xəbər verir ki, o, universitetdən kənarlaşdırılma əmrinin ədalətli olmadığını, yenidən bərpa olunmaq istədiyini bildirib. 

"Mən o universitetdə təzyiqlərə, təhdidlərə məruz qalırdım, hər kəs də bunu bilirdi. Xahiş edirəm ki, bu məsələyə ciddi baxılsın. Heç bir kəsrim və töhmətim olmayıb. Canlı yayımda bir nəfərin sualına cavab verdiyim üçün universitetdən kənarlaşdırılmağım necə doğru qərar ola bilər?", - o deyib.

Sizin brauzer video tagını dəstəkləmir. ADMİU Kənan Zindadil universitetdən kənarlaşdırılan tələbə

Mənbə: lent.az

Xəbər lenti