Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları davam edir.
Lent.az xəbər verir ki, günün ikinci qarşılaşmasında "Qarabağ" səfərdə "Sabah"ı darmadağın edib: 7:1.
Bu vaxtadək bu turnirdə "Sabah"la qarşılaşmamış "Qarabağ" "bayquşları" meydançaya çıxmağa peşman edib.
Qeyd edək ki, turun ilk oyununda "Zirə" səfərdə "Səbail"i məğlub edib.
Azərbaycan Kuboku
30 yanvar
19:00. “Sabah” – “Qarabağ” 1:7
Qollar: Keyta, 20, Juninyo, 27, N. Axundzadə, 45+3, 55 Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Seymur Səlimli. “Bank Respublika Arena”
Mənbə: lent.az