IMG-LOGO

Özünü 11-ci mərtəbədən atan kişinin SON DURUMU: süni tənəffüs aparatına qoşuldu - YENİLƏNİB

30 Jan 2024 13:33 83 baxış
IMG

Yanvarın 29-da saat 13:10-da 1993-cü il təvəllüdlü şəxs ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Mərkəzdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bədəndə çoxsaylı sınıqlar, kəllə-beyin travması, daxili qanaxma və s. ağır diaqnozlar qoyulan yaralı dərhal Mərkəzin Cərrahi reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda süni tənəffüs aparatına qoşulan şəxsin vəziyyəti kəskin ağır qiymətləndirilir.

*** Saat: 09:45

Bakıda 31 yaşlı kişi özünü 11-ci mərtəbədən atıb.

Lent.az xəbər verir ki, hadisə Xətai rayon ərazisində yerləşən 19 mərtəbəli binada qeydə alınıb.

1993-cü il təvəllüdlü Nurlan Cəfərzadə özünü 11-ci mərtəbədən ataraq intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti