IMG-LOGO

Bakıda şadlıq sarayında FACİƏ: yıxılıb öldü

30 Jan 2024 12:27 101 baxış
IMG

Bakıda kişi hündürlükdən yıxılaraq ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Burada aparılan təmir işləri zamanı 36 yaşlı Bəhram Bayramov dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində aldığı xəsarətdən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti