IMG-LOGO

"Qarabağ" akademiyasının komandaları beynəlxalq turnirlərə dəvət alıblar

04 Feb 2026 12:43 6 baxış
IMG

"Qarabağ"ın aşağı yaş qrupundan ibarət komandaları beynəlxalq yarışlara dəvət alıblar.

Bunu "Report"a açıqlamasında klubun akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

"Yaxın vaxtlarda U-10 komandamız Minskdə keçiriləcək "Naşe buduşee" turnirinə qatılacaq. Martda isə 'Dinamo" (Moskva, Rusiya) "Neftçi" ilə birlikdə Bakıda U-11 komandalarının turnirini təşkil etməyi planlaşdırır. Bundan başqa, yay aylarında U-11-lər arasında Polşada yarış nəzərdə tutulub. U-14 Belarusda, U-15 isə Qazaxıstanda keçirilən turnirlərdə iştirak ediblər. U-13 komandamızın Bolqarıstanda turnirə qatılması nəzərdə tutulub. U-16 və U-17 komandalarımız üçün digər Avropa klubları ilə yay aylarında oyunların keçirilməsi istiqamətində danışıqlar aparılır", - klub rəsmisi vurğulayıb.

Xəbər lenti