IMG-LOGO

Evdə yanğın: Ər-arvad, uşaq diri-diri yandı

29.01.2024 04:40 48 baxış
IMG

Rusiyanın Samara vilayətinin İsaklinski rayonunda evdə yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla üç nəfərdən ibarət ailənin bütün üzvləri ölüb.

Bu barədə Rusiya İstintaq Komitəsi mətbuat xidməti məlumat yayıb.

"Samara vilayətinin İsaklinski rayonunun Novoye Yakuşkino kəndində yerləşən fərdi yaşayış evində yanğın baş verib, nəticədə ər-arvad və onların azyaşlı uşağı ölüb", - idarədən bildirilib.

Müstəntiqlər yanğınla bağlı araşdırma aparırlar.

Hadisənin başvermə şəraiti və yanğının səbəbləri müəyyənləşdirilir.

Xəbər lenti