IMG-LOGO

Mübahisəli ərazidə toqquşma: 50-dən çox ölü

29.01.2024 03:50 52 baxış
IMG

Sudanla Cənubi Sudan arasındakı mübahisəli Abyei bölgəsində silahlı qruplar arasında toqquşma baş verib.

Lent.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hücum nəticəsində 52 nəfər ölüb, 64 nəfər yaralanıb.

Ölənlər arasında BMT-nin sülhməramlı missiyasının əməkdaşı da var.

Regional hakimiyyət orqanlarının məlumatına görə, hücumun səbəbi hələ müəyyən edilməyib.

İlkin məlumata görə, bu, torpaq münaqişəsi ola bilər.

Cənubi Sudan 2011-ci ildə müstəqillik qazandıqdan sonra neftlə zəngin Abyei bölgəsi gərgin olaraq qalır.

Abyei mübahisəli ərazi olaraq qalır (sahəsi 10 460 kv. km), Sudan və Cənubi Sudan sərhədində yerləşir.

BMT Təhlükəsizlik Şurasının qərarı ilə Abyeidə BMT-nin Müvəqqəti Təhlükəsizlik Qüvvələri yerləşdirilib.

Son illərdə 400 minə yaxın insan hərbi əməliyyatların qurbanı olub, daha 3 milyon 400 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, 2 milyondan çox qaçqın qonşu Uqanda, Keniya, Efiopiya və Sudana köçüb.

Xəbər lenti