IMG-LOGO

UEFA prezidenti: “Avropada insanlar artıq öz fikirlərini sərbəst ifadə edə bilmirlər”

29.01.2024 00:33 49 baxış
IMG

“Avropa ölkələrində azadlıq getdikcə azalır”.

“Report” xəbər verir ki, bunu Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandar Çeferin “The Guardian”a müsahibəsində deyib.

Onun fikrincə, Avropada insanlar artıq öz fikirlərini sərbəst ifadə edə bilmirlər:

“Avropada sosial inkişaf baxımından o qədər də optimist deyiləm. Populistlərin və ifrat sağçıların yüksəlişi var, söz azadlığı artıq mövcud deyil. Diktaturalarda həbsxanaya salınırsınız, demokratik adlanan ölkələrdə isə mediada məhv edilirsiniz. İnsanlar bundan bezib, artıq sərbəst danışa bilmirlər”.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti