IMG-LOGO

İsrail Qəzza ilə bağlı Avropa görüşünü konstruktiv adlandırıb

28.01.2024 23:34 47 baxış
IMG

Avropada Qəzza zolağındakı vəziyyətlə bağlı Misir, İsrail, ABŞ kəşfiyyat rəhbərlərinin və Qətərin baş nazirinin iştirak etdiyi görüş ciddi fikir ayrılıqlarının qalmasına baxmayaraq konstruktiv keçib.

“Report” xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“Görüş konstruktiv keçib. Önümüzdəki həftə əlavə görüşlər zamanı tərəflərin müzakirəsini davam etdirəcək ciddi fikir ayrılıqları qalmaqdadır”, - məlumatda vurğulanıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti