Dünyanın ən böyük silah idxalçısı olan Hindistan Rusiya silahlarından yavaş-yavaş uzaqlaşır və Qərbə qayıdır.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
Bundan əlavə, ABŞ Çinin inkişafını cilovlamaq və Rusiyanın təsirini zəiflətmək ümidi ilə Hind-Sakit okean regionunda əlaqələri gücləndirməyə çalışır.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, son iyirmi il ərzində Rusiya Hindistanın aldığı silahların 65%-ni təmin edib. Bunu da dəyəri 60 milyard dollardan çoxdur. Lakin Ukraynadakı müharibə Yeni Dehlinin silah bazasını şaxələndirmək cəhdlərini sürətləndirib.
Rusiya da öz növbəsində açıq şəkildə Hindistanı əməkdaşlığa çağırır. Lakin Hindistan yerli istehsalı gücləndirmək istəyir. Həmçinin ötən il Hindistan və ABŞ müdafiə sahəsində, xüsusən də döyüş təyyarələri üçün mühərriklərin birgə istehsalına dair saziş imzalayıblar.
Eyni zamanda, “Reuters” qeyd edib ki, Yeni-Dehli Rusiya ilə münasibətlərdə “incə xətt” siyasəti getməli olacaq, çünki əməkdaşlığın dayandırılması Moskvanı Pekinə yaxınlaşdıracaq.
Bizim WhatsApp kanalımıza abunə olun