IMG-LOGO

Almaniya kansleri Avropa İttifaqı ölkələrini Ukraynaya yardımı gücləndirməyə çağırıb

28.01.2024 19:38 47 baxış
IMG

Almaniya 2024-cü ildə Ukraynaya yardım üçün 7 milyard avrodan çox (7,6 milyard dollar) xərcləyəcək. Avropalı müttəfiqlər Kiyevə dəstəyi artırmalıdır.

“Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.

Onun sözlərinə görə, Berlinin hazırda Kiyevə bütün Avropa ölkələrinin ümumi hərbi yardımının yarıdan çoxunu verməsi qəbuledilməzdir.

Şolts qeyd edib ki, Aİ-nin qarşıdan gələn sammitində Kiyevə dəstək yükünün bölüşdürülməsi məsələsini qaldıracaq.

“Əgər Rusiya Avropa dövlətlərinin Kiyevin daima yanında olduğu mesajını alsa, sülh o zaman tez olacaq”.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti