İsrail istəmədən Fələstinin radikal HƏMAS hərəkatı üçün əsas silah mənbəyinə çevrilib.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, HƏMAS İsrailin Qəzza zolağına atdığı minlərlə partlamamış hərbi sursatdan çoxlu sayda raket və tank əleyhinə silah düzəldib.
HƏMAS üzvləri mərmilərdən partlayıcı maddələr çıxararaq öz raketlərində istifadə edir. Hərəkatın döyüşçüləri həmçinin İsrail bazalarından oğurlanmış silahlarla təchiz edilir.
Qəzetin yazdığına görə, İsrail hakimiyyəti HƏMAS-ın bölmələrinin ehtiyaclarını təmin etmək qabiliyyətini və imkanlarını yanlış qiymətləndirib. Yəhudi dövlətinin son 17 ildə anklavı blokadada saxlamaq üçün istifadə etdiyi silahlar indi İsrailin özünə yönəlib.
Bizim Telegram kanalımıza abunə olun