IMG-LOGO

KİV: ABŞ İsrailə silah tədarükünü dayandıra bilər

28.01.2024 19:14 51 baxış
IMG

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İsrailə silah satışını ləngidə və ya tədarükünü dayandıra bilər. Bu yolla Vaşinqton Qəzzada hərbi əməliyyatların miqyasını azaltmaq üçün İsrailə təsir etmək istəyir.

“Report” xəbər verir ki, bu barədə NBC News amerikalı məmura istinadən məlumat yayıb.

Hələlik heç bir qərar verilməsə də, Amerika hakimiyyəti yəhudi dövlətinə humanitar dəhlizlər açmaq və anklavın mülki əhalisinə daha çox yardım göstərmək üçün təzyiq göstərməyi planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, tədarükü azaldıla bilən silahlar arasında “JDAM” dəqiq idarəedici dəsti olan hava bombaları və 155 mm-lik artilleriya mərmiləri var.

ABŞ həftələrlə İsraili Qəzzada taktikasını dəyişməyə və mülki itkiləri minimuma endirmək üçün səy göstərməyə inandıra bilmədikdən sonra administrasiya bu cür tədbirləri nəzərdən keçirməyə başlayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti