IMG-LOGO

Almaniyada müsəlmanların maraqlarını müdafiə edən partiya Avropa Parlamentinə seçilmək niyyətindədir

28.01.2024 18:02 47 baxış
IMG

Almaniyada müsəlmanların maraqlarını müdafiə edəm yeni “Müxtəliflik və Oyanış üçün Demokratik Alyans” (DAVA) partiyası Avropa Parlamentinə iyunun 9-da baş tutacaq seçkilərdə iştirak etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

DAVA təsis sənədlərində digər ölkələrdən olan alman sakinlərinin hüquqlarına tam hörmət olunmasını müdafiə edir, çünki partiyanın qiymətləndirməsinə görə, onlar gündəlik həyatda - mənzil axtararkən və işə düzələrkən tez-tez ayrı-seçkiliklə üzləşirlər. Alyans uşaq yoxsulluğuna qarşı mübarizə aparmağı və ideologiyasız miqrasiya siyasətinə təkan verməyi planlaşdırır.

Partiyanın bundan əvvəlki açıqlamasında siyasi fəaliyyətin 2024-cü il Avropa Parlamenti seçkiləri üçün Almaniyanı əhatə edən siyahı ilə başladığı bildirilib.

Almaniyada yaşayan 2,5 milyon müsəlman seçkilərdə səs vermək hüququna malikdir. Bu ilin aprelində qanunvericiliyə düzəlişlər qüvvəyə minərsə, onlara daha 2,5 milyon nəfər əlavə oluna bilər. Partiya seçkilərdə iştirak edərsə, təxminən 10 faiz səslə Almaniya parlamentinə asanlıqla daxil olacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti