IMG-LOGO

Somali quldurları Şri-Lankada balıqçı gəmisini ələ keçiriblər

28.01.2024 15:51 54 baxış
IMG

Somali quldurları Şri-Lankada balıqçı gəmisini ələ keçiriblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şri-Lanka Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Şri-Lanka hakimiyyəti ələ keçirilən balıqçı gəmisini azad etmək üçün birgə dəniz qüvvələrindən kömək istəyib.

Qeyd edilir ki, gəmi yanvarın 27-də dəniz quldurları tərəfindən ələ keçirilib. Gəminin göyərtəsində altı nəfər olub.

Birləşmiş Dəniz Qüvvələri 40 ölkənin daxil olduğu koalisiyadır. Somali sahilləri də daxil olmaqla, gəmilərin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar həyata keçirir. Bu qüvvələrin qərargahı Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasında yerləşir.​

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti