Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyində ekofəallar məşhur rəssam Leonardo Da Vinçinin şah əsəri olan "Mona Liza" (Cokonda) tablosuna şorba töküblər.
"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Üzərində "Riposte Alimentaire" ("Qidaya reaksiya") yazılmış köynək geyinmiş iki qadın tablonun üzərini örtən qoruyucu şüşəni şorba ilə isladıblar. Sonra onlar "qida hüququ", "Fransanın kənd təsərrüfatı sistemi xəstədir" və "hər üç fransızdan biri yeməkdən imtina etməlidir" kimi şüarlar səsləndirməyə başlayıblar.
Qeyd edək ki, bu tablo son 20 ildə dəfələrlə vandalların hücumuna məruz qalıb. 2009-cu ildə bir turist tabloya çay ataraq o vaxtkı adi şüşəni sındırıb, bundan sonra rəsmin üzərinə zirehli ekran quraşdırılıb. 2022-ci ilin may ayında isə zirehli şüşənin üzərinə tort sürtülüb.
Bizim Telegram kanalımıza abunə olun