ABŞ Konqresinin tənqidi fonunda Pentaqon Burkina-Faso, Eritreya, Efiopiya, Mali, Niger və Sudanın hərbçiləri ilə birgə təlimlər keçirməyəcək.
“Report” xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
"Pentaqon demokratik hökumətləri devirməkdə iştirak edən və ya insan hüquqlarının pozulmasında ittiham olunan bir neçə ölkənin hərbçiləri ilə təlim keçmək planlarından qəfil imtina etdi və son araşdırmalar zamanı kursu dəyişdirdi", - xəbərdə qeyd edilir.
Pentaqonun hərbi çevrilişlər keçirmiş və ya nailiyyətləri ABŞ prezidenti Cozef Baydenin insan hüquqları və demokratik idealların təşviqi ilə bağlı bəyan etdiyi öhdəliyi ilə ziddiyyət təşkil edən digər ölkələrlə birgə təlimlər planlarından imtina edib-etməyəcəyi barədə heç bir məlumat yoxdur.
Bizim Telegram kanalımıza abunə olun