IMG-LOGO

Ördəkləri yemləməyə görə ağır cərimə

28.01.2024 05:57 45 baxış
IMG

ABŞ-ın Luzana ştatında yaşı ər-arvad məhkəməyə verilib.

Lent.az-ın xəbərinə görə, onlar ətraf ərazilərdəki ördəkləri yemlədikləri üçün qonşular məhkəməyə şikayət edib. 

Yerli mətbuatda bildirilir ki, sözügedən ərazidəki icma qaydalarına görə ördəkləri çölə buraxmaq və yemləmək qadağandır. Lakin buna məhəl qoymayan qocalar quşları yemləməyə davam edib. Nəticədə bütün ördəklər onların həyətinə axışıb. Quşlar qonşuların təsərrüfatına ziyan vurmaqla yanaşı, ciddi antisanitariya yaradıb.

Qonşular məsələnin həlli üçün məhkəməyə baş vurub. Əgər ər-arvad prosesi uduzsa, onları 200 000 dollar cərimə gözləyir.    

Xəbər lenti