Parisdə özəl məktəblərin birində müəllim və şagirdlərin başına iş gəlib.
Lent.az xəbər verir ki, həftənin əvvəlində təkmilləşdirmə kursuna gedən direktor həftə sonuna qayıtmadığı üçün narahatlıq yaranıb. Üstəgəl, direktorun telefonuna zəng çatmaması narahatlığı daha da artırıb.
Lakin əsas məqam kassaya baxdıqda üzə çıxıb. Məlum olub ki, Həmid adlı direktor illik təhsil haqlarını da götürərək aradan çıxıb. Söhbət yüz minlərlə avrodan gedir. Hələlik direktoru tapmaq mümkün olmayıb.