Diplomatlar münaqişə başa çatdıqdan sonra Fələstin Dövlətinə anklavda asayişi təmin etmək üçün Qəzza zolağına ərəb sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi məsələsini müzakirə edirlər.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, İsrail nümayəndələri bu ideyanı rədd edir və anklavda “İsrailin nəzarəti altında olan çoxmillətli qüvvələrin” yerləşdirilməsini irəli sürürlər.
Ancaq amerikalı diplomatların nəşrə verdiyi məlumata görə, ərəb liderləri belə bir fikrə qarşı çıxıblar.
Bizim WhatsApp kanalımıza abunə olun