ABŞ prezidenti Cozef Bayden Konqresin razılığı ilə ölkəyə qeyri-qanuni miqrasiyaya qarşı sərt tədbirlər görməyə razı olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc edilmiş bəyanatda bildirilib.
Bayden qeyd edib ki, Meksikadan yüz minlərlə və milyonlarla qeyri-qanuni miqrantın gəldiyi cənubda ABŞ sərhədlərinin sistematik pozulması ilə bağlı vəziyyəti düzəltməyin vaxtı çoxdan çatıb.
ABŞ prezidenti vurğulayıb ki, onun komandası bu problemi həll etmək üçün iki aydır ABŞ Senatında hər iki partiya ilə məsləhətləşmələr aparır.
Bundan əlavə, Bayden Konqresə hökumətin sərhəd təhlükəsizliyi üçün əlavə vəsait tələbini təsdiq etməyi təklif edib.
Bizim Telegram kanalımıza abunə olun