Kanada Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə bəzi işçilərinin radikal HƏMAS hərəkatı ilə əlaqəsi olduğuna dair şübhələrə görə maliyyələşdirməni dayandırıb.
“Report” xəbər verir ki, bu barədə Kanadanın beynəlxalq inkişaf naziri Əhməd Hussen məlumat verib.
O, Kanadanın Qəzza zolağındakı humanitar böhrandan dərin narahat olduğunu vurğulayıb:
“Kanada ehtiyacı olanlara əsas humanitar yardımın sürətli, davamlı və maneəsiz çatdırılmasının tərəfdarıdır. Biz bütün tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırırıq”.
Bizim WhatsApp kanalımıza abunə olun