IMG-LOGO

WP: ABŞ-ın Ukrayna ilə bağlı planları müdafiə məqsədi daşıyır

27.01.2024 05:48 53 baxış
IMG

ABŞ-ın Ukraynaya dəstək strategiyası 2024-cü ildə itirilmiş ərazilərə nəzarəti bərpa etməyə çalışmaq deyil, müdafiə, hərbi və iqtisadiyyatı gücləndirmək məqsədi daşıyır.

“Report” xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdəki maliyyə çətinliklərinə baxmayaraq, Kiyevi dəstəkləmək üçün uzunmüddətli strategiya üzərində işləyir.

Qəzetin yazdığına görə, bu planlar itirilmiş ərazilərə nəzarəti bərpa etmək cəhdləri baxımından Ukrayna üçün əhəmiyyətli qazancları nəzərdə tutmur.

Məqalədə deyilir ki, Vaşinqton yeni strategiya hazırlayır və bu strategiya əraziləri geri qaytarmağa diqqət yetirməyəcək: “Bunun əvəzinə Ukraynaya Rusiyanın yeni hücumlarının qarşısını almağa kömək etməklə yanaşı, Kiyevin hərbi və iqtisadiyyatını gücləndirmək kimi uzunmüddətli məqsəd daşıyacaq”.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti