ABŞ son 15 ildə ilk dəfə olaraq Böyük Britaniyada nüvə silahı yerləşdirməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Telegraph” qəzeti Pentaqonun sənədlərinə istinadən yazır.
Nəşr bildirib ki, Böyük Britaniyanın razılıq verməsinə səbəb Rusiyadan gələn təhlükənin artmasıdır.
Kütləvi qırğın silahları Britaniyanın Saffolkdakı Leykenhit aviabazasında olacaq.
Belə ki, Vaşinqton Britaniyaya Xirosimaya atılan bombalardan üç dəfə güclü döyüş başlıqları göndərməyi planlaşdırır.
Bizim Telegram kanalımıza abunə olun