Baş nazir Qabriel Attalın elan etdiyi hökumət təkliflərinə baxmayaraq, bütün Fransada fermerlər daha yaxşı iş şəraiti və daha yüksək gəlir tələb etmək üçün nümayişi davam etdirəcəklər.
“Report” xəbər verir ki, bunu Fermerlər İttifaqları Milli Federasiyasının (FNSEA) rəhbəri Arno Russo TF1 telekanalında deyib.
Russo tərəfdarlarını zorakılıqdan istifadə etməməyə çağırıb. O, əmin edib ki, fermerlər mümkün qədər tez işə qayıtmaq istəyirlər, lakin onların suallarına konkret cavab vermədən yola düşə bilməzlər.
“Bu gecə deyilənlər kifayət deyil. Biz daha da irəli getməliyik. Hökumət fermerlərin pensiyası məsələsinə diqqət yetirməyib və bu, ölkədə ən aşağı göstəricilərdən biri olaraq qalır”.
“Gənc Fermerlər” assosiasiyasının rəhbəri Arno Qayo da BFMTV-də onların tərəfdarlarının nümayişi davam etdirəcəklərini təsdiqləyib:
“Hərəkatın bəzi nümayəndələri fasilə vermək niyyətindədirlər, lakin etirazlar şənbə və bazar günləri də davam edəcək”.
Bəyanatlara baxmayaraq, fermerlər Nimes bələdiyyəsində gömrük idarəsini yandırıblar. Fransada fermerlər inflyasiya səbəbindən gəlirlərinin azalmasına və Ukraynadan ölkəyə kənd təsərrüfatı məhsullarının idxalının genişlənməsi etiraz edirlər.
Bizim Telegram kanalımıza abunə olun