IMG-LOGO

Qazaxıstan buğdasının Azərbaycana tədarükü 34 % azalıb

30 Jan 2026 11:50 3 baxış
IMG

Qazaxıstan 2025-2026 (sentyabr-dekabr) marketinq ilinin əvvəlindən 4,1 milyon tondan çox buğda ixrac edib ki, bu da əvvəlki mövsümün eyni dövrü ilə müqayisədə təxminən 1,5 dəfə çoxdur.

"Report"un yerli bürosunun məlumatına görə, bu barədə Qazaxıstanın Taxıl İttifaqının analitika komitəsinin rəhbəri Yevgeni Karabanov bildirib.

Onun sözlərinə görə, dekabr ayı ölkənin taxıl ixracı tarixində rekord ay olub. Dekabrda xaricə 1 milyon 778 min ton buğda tədarük edilib ki, bu da noyabr ayının göstəricisindən 2,1 dəfə çoxdur. Bununla yanaşı, ümumi ixracın artmasına baxmayaraq, Qazaxıstan buğdasının Azərbaycana tədarükü 34 % azalaraq 126,9 min ton təşkil edib.

Bundan əlavə, Türkmənistan, Tacikistan, Baltik və Avropa ölkələri istiqamətlərində də azalma qeydə alınıb.

Eyni zamanda, Mərkəzi Asiya dövlətlərinə ixrac əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, Özbəkistana tədarüklər 76 % artıb. Dekabr ayında tədrük 1 milyon 372 min tona çataraq rekord qırıb. Qırğızıstan və Əfqanıstana da artım qeydə alınıb.

Xəbər lenti