IMG-LOGO

İsrail Qəzzanın cənubuna zərbə endirib

30 Jan 2026 12:03 3 baxış
IMG

İsrail Müdafiə Ordusu gecə saatlarında Qəzza zolağının cənubuna zərbələr endirib.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəfi Rəfahda tuneldən çıxan səkkiz döyüşçüdən ibarət qrup olub.

"Hücum zamanı üç nəfər həlak olub, qalan beş nəfərin gizləndiyi ehtimal olunan ərazilərə əlavə hücumlar həyata keçirilib", - məlumatda bildirilib.

Xəbər lenti