IMG-LOGO

Tramp Putinə müraciətindən sonra Ukraynaya qarşı hücumların dayandırıldığını bildirib

30 Jan 2026 06:45 2 baxış
IMG

Rusiya artıq ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə müraciətindən sonra Ukraynaya zərbələri dayandırıb.

"Report" xəbər verir ki, ABŞ lideri bu açıqlamanı Oval Ofisdə keçirilən tədbirdə verib.

"Rusiya bu dəhşətli soyuq hava səbəbindən bir müddətdir ki, atəş açmır", - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin soyuq hava şəraiti ilə bağlı bir həftə müddətində Kiyevə atəş açmamağa razı olduğunu açıqlayıb.

Xəbər lenti