IMG-LOGO

Tramp Kubaya neft tədarük edən ölkələrin mallarına tarif tətbiq edəcək

30 Jan 2026 05:51 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Kubaya neft satan və ya tədarük edən ölkələrdən gələn mallara idxal rüsumlarının tətbiq edilməsinə icazə verən fərman imzalayıb.

"Report"un məlumatına görə, bu sənəd Ağ Evin saytında dərc edilib.

Sənəddə bildirilib: "ABŞ Kubaya neft satan və ya başqa şəkildə tədarük edən istənilən ölkənin məhsullarına əlavə rüsum tətbiq edə bilər".

Fərmanda mümkün rüsumların konkret məbləği göstərilməyib.

Xəbər lenti