IMG-LOGO

Qərbi Azərbaycan Xronikası: Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər

30 Jan 2026 00:42 2 baxış
IMG

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə Ermənistan xarici kəşfiyyatının Qərbi Azərbaycan mövzusundan qorxması, bunun İrəvan üçün niyə real təhlükəyə çevrilməsindən bəhs edilir.

Bildirilir ki, Ermənistanın 38 ildir insan hüquqlarını pozması gündəmə gəlir: "Erməni siyasi elitası Qərbi Azərbaycan reallığını qəbul edir. Baş nazir Nikol Paşinyan hakimiyyətini düşündürən əsas məsələ Qərbi Azərbaycan mövzusudur. Bu mövzu sülhə maneə deyil, əksinə sülhün təməlidir".

Qeyd olunur ki, erməni mətbuatı Qərbi Azərbaycan reallığını gündəlik şərh edir: "Azərbaycanın informasiya siyasəti Ermənistanda təşviş yaradır. Qərbi Azərbaycan məsələsi və Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirəyə çıxarıla bilər".

Diqqətə çatdırılır ki, Zəngəzur dəhlizi artıq inkar mərhələsindən texniki reallığa keçib: "Ermənistanda bu il baş tutacaq seçkilərdə Qərbi Azərbaycan faktoru mühüm rol oynayacaq. Qərbi Azərbaycan reallığı erməni siyasətini dəyişir. Bu mövzu İrəvanda təşviş doğurur və Ermənistan siyasətində daxili böhran yaradır".

Sonda vurğulanır ki, rəsmi İrəvanın qorxulu ssenarisi olan azərbaycanlıların qayıdış prosesi gec-tez başlayacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər

Xəbər lenti